XƏBƏRLƏR / Münaqişə

Misirlə sərhəddə İsrailin 2 əsgəri öldürüldü

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb

Misirlə sərhəddə İsrailin 2 əsgəri öldürüldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Misirlə sərhədində silahlı toqquşma yaşanıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Sərhəd yaxınlığında açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb. Həlak olan hərbçilərdən biri qadındır.

    Açıqlamada İsrail ərazisinə girərək atəş açan şəxslə hərbçilər arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib.

    Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib.

    Hadisə nəticəsində daha bir zabitin yaralandığı barədə məlumat yayılıb.