Sülhməramlıların daha 8 maşını Laçın yolundan keçdi
Aksiya ərazisindən nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Aksiya ərazisindən nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 8 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Beləliklə, bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 10-a çatıb. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.