MM sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfərə gəlib
Məlumatı Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb
Yanvarın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfərə gəlib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini Roma Çiampino hava limanında İtaliya Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komissiyasının üzvü Nike Qruppioni, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova ilə bir sıra görüşlər nəzərdə tutulub.