MN: Hərbi qulluqçularımız şəhid olublar
Hərbçilərimiz qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində həlak olublar
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!