Moldova da Kişinyovdakı "Rus Evi"ni bağlayır
Moldova Xarici İşlər Nazirliyi xəbər verir

Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
"Xitam prosedurları başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi bizim ölkəmizdə öz fəaliyyətini dayandırmalıdır", - Moldova Xarici İşlər Nazirliyinin məlumatında deyilir.