Moskva Irana endirilən hava zərbələrini qətiyyətlə pisləyib
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib
XİN-in sözçüsü Mariya Zaxarovanın İsfahandakı hərbi obyektə pilotsuz təyyarənin hücumu ilə bağlı şərhi
Yanvarın 28-i axşam İranın İsfahan əyalətində yerləşən müdafiə müəssisələrindən birinə hücum edilib. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin açıqlamasına görə, müdafiə sistemləri ilə dayandırılan pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb, dəymiş ziyan cüzi olub.
Onsuz da sakitlikdən uzaq bir bölgədə gərginliyin nəzarətsiz artmasına səbəb ola biləcək hər hansı təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik.
Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu həm cəsarətli sortiyanın təşkilatçıları, həm onların himayədarları, həm də İranı zəiflətmək üçün boş yerə ümid bəsləyənlər də başa düşməlidirlər.