XƏBƏRLƏR / Siyasət

Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb

Görüş Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində olub

Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

    Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.

    Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.