XƏBƏRLƏR / Neft və Qaz

Moskva İrana Rusiya qazının tədarük haqda danışıq aparır

Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib

Moskva İrana Rusiya qazının tədarük haqda danışıq aparır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moskva və Tehran İrana Rusiya qazının tədarükü üçün müqavilə hazırlayırlar.

    İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, hazırda İslam Respublikasına Rusiya qazının tədarükü üçün müqavilə hazırlanır. "İran tərəfində heç bir problem yoxdur.

    Artıq Rusiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə danışıqlar aparmışıq. Əgər bu müqaviləni imzalasaq, o zaman bu layihənin həyata keçirilməsinə başlaya bilərik", - deyə o qeyd edib.

    Cəlali əlavə edib ki, bu layihənin texniki məsələlərinin həlli təxminən 2-3 il çəkəcək.

    Qeyd edək ki, qazın hansı yollarla Rusiyadan İrana çatdırılacağı haqda məlumat verilmir