Moskvada üçtərəfli görüş başladı VİDEO
Rusiya XİN xəbər verir
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib.
Nazir bu barədə Moskvada üçtərəfli görüş zamanı bildirib.
“Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”, — Azərbaycan XİN rəhbəri rusiyalı və erməni həmkarları ilə üçtərəfli görüşdə qeyd edib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, İrəvan Bakı ilə danışıqlar aparmağa meyillidir. "Lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var”, - Mirzoyan bildirib.