XƏBƏRLƏR / İctimaiyyət

Mübariz Mənsimovun atası bu gün Bakıda dəfn ediləcək FOTO

Bunu “Palmali Holding”in sözçüsü Fidan Quliyeva bildirib YENİLƏNİR

Mübariz Mənsimovun atası bu gün Bakıda dəfn ediləcək FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:50

    "Palmali Holding" şirkətinin prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimovun vəfatı ilə əlaqədar bir qədər əvvəl İstanbulun "Levent Cami"sində cənazə namazı qılınıb, mərhumun ruhuna dualar oxunub. Cənazə namazında Qurban Mənsimovun övladları, Mənsimovlar ailəsinin dostları, həmçinin iş, sənət və siyasət adamları iştirak ediblər.

    Xatırladaq ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Cənazə artıq Bakıya yola salınıb.

    Bu gün saat 18:00-da Qurban Mənsimov Keşlə qəbirstanlığında torpağa tapşırılacaq.

    ***

    “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq. 

    “Palmali Holding”in sözçüsü Fidan Quliyeva ANS Press-ə bildirib ki, əvvəlcə Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbiristanlığa aparılacaq. 

    "Dəfn mərasimi bu gün saat 18:00-da Bakıda Keşlə qəbiristanlığında olacaq.

    Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər.

    Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək.

    Onu da qeyd edək ki, mərhumun vəfatı ilə əlaqədar istər Azərbaycandan, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımızdan saysız-hesabsız zənglər, mesajlar gəlməkdədir. Başsağlığı verən hər kəsə dərin təşəkkürümüzü bildiririk".

    Qeyd edək ki,  “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının bu gün Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. Belə ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.