XƏBƏRLƏR / Münaqişə

Müctəba Xamenei aldığı xəsarətlərə görə əlil ola bilər

Bunu ABŞ Müharibə Naziri Pit Heqsett bu gün keçirilən mətbuat konfransında açıqlayıb

Müctəba Xamenei aldığı xəsarətlərə görə əlil ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb. ABŞ Müdafiə Naziri Pit Heqsett bu gün keçirilən mətbuat konfransında bunu açıqlayıb.

    Hegsett bildirib ki, Müctəba Xamenei aldığı xəsarətlərə görə əlil ola bilər.

    Hegsett həmçinin Xameneinin dünən xalqa müraciətinə də münasibət bildirib:

    "Dünən o, açıqlama verib, amma səs və ya video yazısı olmayıb. Bu, sadəcə yazılı açıqlama idi. İranda çoxlu kamera və səs yazıcı var, bəs niyə yalnız yazılı açıqlama? Düşünürəm ki, niyə olduğunu başa düşürsünüz. O, qorxur. O, yaralanıb, gizlənir və leqitimliyini itirib. Bu, onlar üçün tam bir xaosdur."