BLOQ

Müəllimlərin Müəlliminin son dərsi

SSRİ və Azərbaycanın Əməkdar Jurnalisti Mais Məmmədov 84 yaşında vəfat etdi

Müəllimlərin Müəlliminin son dərsi
SSRİ və Azərbaycan Əməkdar Jurnalisti Mais Məmmədov
  • Oxuma müddəti:

    4 dəqiqə

  • – Seyfulla, salam, mənəm Mais, Ağdamdan zəng edirəm... Güclü ol, Vahidi də hazırla... artıq Çingiz bizimlə yoxdur.

    – Nə danışırsınız, Mais müəllim?.. Vahid dünən Naxçıvanikdə onunla idi...

    – Hə, dünən onunla idi, bu gün isə Çingiz təkdir, TƏK!..

    Mais müəllim xəstəliyinin son günlərində çox yorğun görünürdü... Bir dəfə də olsun gileylənmədi, ağrısı haqqında heç kimə heç nə demədi. Belə kişi idi. Kişi idi!
    Həyat yoldaşının əlini tumarlayaraq təsəlli verirdi, dünyada hamıdan çox onu sevdiyini söyləyirdi.
    Arada halı pisləşdikdə mən özümə əl qatıb başlayırdım nələrsə danışmağa, başını qatırdım. Çalışırdım çox danışım ki, ağrısı yadından çıxsın... Belə fikirləşirdim. Mənə təmkinlə uzun-uzadı baxıb deyirdi:

    – Əgər sən mənim dəfn mərasimimdə çıxış edəcəksənsə, onda mən ölmək istəmirəm.

    Birlikdə gülürdük. Daha doğrusu, mən gülürdüm, o isə güc edib mənə dəstək olmaq istəyirdi. Dodaqları tərpənirdi, amma gözləri 84 ilin ağırlığını nümayiş edirirdi.
    Mais müəllim haqqında bu "Facebook" səhifəmdə iki həftə əvvəl məqalə yazmışdım. Sağ olsun bütün dostlarım, hamılıqla müəllimimizə dəstək oldular! Ona göstərirdim bütün statusları. Ağızdolusu onu sevən şagirdlərinin statusları haqqında danışırdım, deyirdim ki, hamı Sizi sevir və Sizi bol-bol tərifləyir... Yenə də mənə məşhur tərs baxışı ilə baxırdı:

    – Unutma, hamı səni tərifləyirsə, deməli, bu sənin dəfnindir...

    – Mais müəllim, axı Siz niyə bütün mövzuları çəkib dəfn söhbətinə gətirirsiniz? Axı biz danışırıq, mübahisə edirik, deməli, yaşayırıq... Gəlin həyat haqqında düşünək. O ki qaldı dəfn mərasiminə, hələ heç kim öz dəfn mərasiminə gecikməyib...

    Əziz dostlar, bu gün Mais müəllim haqqında gözəl sözlərinizə görə Sizə təşəkkür edirəm! Bu qədər statuslar və rəhmətlər mənə bir daha sübut etdi ki, Azərbaycan jurnalistikası hələ də yaşayır və bu jurnalistika öz müəllimlərinə dərin hörmətlə yanaşır.
    Baş əyirəm qarşınızda, Allah Mais müəllimə rəhmət eləsin və Sizin hamınıza uzun ömür nəsib etsin!
    Sabah, 17 İyul 2022-ci il tarixdə, saat 12:00-da Mais müəllimin evinin qarşısından cənazəsi qaldırılacaq və köhnə qəbiristanlıqda, ailə məzarlığında torpağa tapşırılacaq.
    Lokasiya:
    18 iyul 2022-ci il, Təzəpir Mərasim zalında – qadınlar üçün saat 11:00; kişilər üçün – saat 14:00-da Mais müəllimin vəfatının "3 mərasimi" qeyd olunacaq.
    Xahiş edirəm, paylaşın dostlara...
    Bir daha hamınıza təşəkkür edirəm ki, bu ağır gündə Mais müəllimin ruhunu tək qoymadınız. Onun şagirdləri bu gün müəllimdirlər və mən ümidvaram ki onlar öz tələbələrinə müəlimləri haqda danışacaq və Mais müəllim bu dərslərdə bizimlə olacaq, yaşayacaq!
    Ümidvaram ki, 17 iyul saat 12:00-da onun son dərsini də buraxmayacaqsınız... həyatla kişi kimi, başı yuxarı və alnı açıq vidalaşmaq və tələbələrinə azad üslubda Ustadları haqda oçerk və ya imla yazmaq dərsini!
    Əlvida Ustad, Allah Sənə rəhmət eləsin!
    Həyat yoldaşı, Qızı və Oğluna, onların ailələrinə, əziz və doğmalarına dərin hüznlə, Mais müəllimin sevdiyi ANS-çilər adından onun şagirdi Vahid Mustafa yev.