1. Belə bir bina dünyanın heç bir yerində inşa edilməyib və tabloda təsvir olunan şəxslər müxtəlif zaman və yerlərdə yaşamışlar.
2. Tabloda arxada təsvir olunanlar danışır, öndə olanlar isə ya yazır, ya da nəsə ölçürlər. Yəni, fikir arxada, əməl öndə.
3. Ortada irəlləyən iki əbalıdan biri (narıncı əbada) Əflatun (Platon) göyü göstərərək gerçək həyatın yuxarıda, yanındaki (mavi əbada) Ərəstun (Aristotel) əksinə, geçək həyatın burada əlimizdə olduğuna işarə edir.
4. Solda xardal əbalı adam (Sokratdır) əli ilə nəsə sayır... 1.2.3... Onu dinləyənlərdən biri əsgər paltarındadır.
5.Solda dizini yerə qoyaraq nəsə yazan Pifaqordur. Yanındaki lövhədə musiqi də var. Səsi saya çevirən adam. Onun çiynindən boylanan adam müsəlman filosofu İbn Rüşddür.
6. Bu qədər insandan yalnız biri bizə baxır.
Hipatiya kimi tanınır.
7. Hamıdan öndə yerə oturub nələrsə yazan Milkelancelodur. O, öz üslübu ilə əzələli heykəl kimi təsvir olunub. Tabloda ondan başqa kimsənin ayağında dəri çəkmə yoxdur.
8. Pilləkanlara dirsəklənən adam Diogendir.
9. Sağda əlində göy cismi tutan Zərdüşt, onunla üz-üzə dayanıb əlində Yer kürəsi olan isə Ptolomeydir.
10. Sağda Rafael özünü qara papaqlı gənc görünüşündə təsvir edir.
1 dəqiqə