Böyük Qələbə!!! VİDEO
Vətənə fədakarlıqla xidmətin canlı nümunəsi olan Vətən müharibələrinin veteranlarına əbədi şöhrət!!!
1941-1945-ci il müharibəsindən nə qədər çox vaxt keçsə də, Böyük Qələbənin nəhəng tarixi əhəmiyyəti bir o qədər aydın görünür. Dünya xalqlarını faşist əsarətindən xilas edərək, Azərbaycanlılar digər xalqlarla çiyin-çiyinə vuruşub bəşəriyyət taleyini müəyyənləşdirə bildi.
Vətənimizin minillik tarixində doğma torpağlarımızın azadlığı və müstəqilliyinə dəfələrlə saysız-hesabsız qəsdlərə baxmayaraq, Azərbaycan xalqının igidləri və mərd ürəkləri buna qarşı daim can verməyə cümlə hazır və qan tökməyə cümlə qadir olublar! Və sözsüz ki, bütün bu mücadilələrin arasında 9 May günü - 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet xalqının qələbəsinin də öz xüsusi yeri var.
9 May 1945-ci il və 8 Noyabr 2020-ci il müharibələrindəki qələbələr Azərbaycan üçün təkcə tarixi hadisələr deyil, xalqımızın sülh, faşistlər üzərində qələbə, torpaqlarımızın azad olunması və sosial tərəqqi naminə verdiyi əvəzolunmaz dəyərdir. Bu qələbələr həm də bəşəriyyət üçün faşizmin yolverilməzliyi barədə xəbərdarlıq rolunu oynayır.
9 May 1945-ci il tarixindən səksən ilə yaxın vaxt keçəndən sonar da biz hansı uçurumun kənarında durduğumuzu və bundan necə xilas olduğumuzu, düşmən üzərində qələbə çaldığımızı daha da yaxşı anlayırıq. Sovet xalqları ilə birlikdə faşist Almaniyasına qarşı Böyük Vətən müharibəsində aparılan döyüşlər, yadelli işğalçıların torpağımıza hakim kəsilməsinin qarşısını almaq təcrübəsi artıq müstəqil Azərbaycana, onun ordusuna istiqlaliyyat hüququ və doğma torpaqları müdafiə etmək üçün əyani dərslik oldu. Yalnız vahid düşüncə ilə birləşən xalqın qalib gələ bilməsi nəsihəti Аzərbaycana erməni işğalçıların üzərində qələbə çalmağa yardım oldu.
Bu gün Azərbaycan xalqı və yer üzündəki bütün vicdanlı insanlar 9 May Böyük Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edir, canları, qanları, tərləri hesabına, xalqımızın rifahını təmin edən zəhməti ilə bu müharibədən sağ qalanlara minnətdarlığını bildirirlər.
Böyük Qələbə!!!
Şəhidlərə əbədi xatirə!!!
Vətənə fədakarlıqla xidmətin canlı nümunəsi olan Vətən müharibələrinin veteranlarına əbədi şöhrət!!!
Bu qəhrəmanların sırasında Züleyxa Seyidməmmədova, Ziba Qəniyeva, Hürrə Məmmədova, Həzi Aslanov, Ziya Bünyadov, Hüseynbala Əliyev, İsrafil Məmmədov və minlərlə digər Azərbaycanlılar var. Lakin bu gün mən sizə Rəşid Məcidov barədə bəhs etmək istəyirəm.
Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib… Davamını reportajda görəcəksiniz. Bir onu da xatırlatmaq istəyirəm ki, Rəşid Məcidov Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Üç oğlu var. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib. Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah idi.