İslam xəbərdaqlıqla məsuliyyət yaratma dinidir.
Bu mənada insanın heyvandan əsas fərqli "qorxudaraq olmaz!" yerinə "xəbərdarlıq edərək olmaz" düşüncəsini təlqin etməkdir. Yəni insan haramdan Allahdan qorxduğu üçün deyil, Onun qarşısında sorğulu olaraq çəkinməlidir. İbadətə tacirlər kimi yatırım edib daha çoxunu qazanım deyil," Allah məndən razı olsun, kifayətdir" düşüncəsi ilə yanaşmalıdır. Bu Qurana görə belədir.
Quranın əksər ayələrində bir yerdə keçən iki ifadə barədə ( بشیر و نذیر) - "bəşir və nəzir". Nədir bunların mənası?
Bəşir (بشیر) müjdə vermək mənasını verir ki, bəşarət də eyni kökdəndir. Yəni, insanlara gözəl əxlaq və saleh əməl müqabilində müjdə vermək.
Nəzir (نذیر) isə bir çox tərcüməçilərin yanlış olaraq "qorxu" kimi tərcümə etdikləri bir kəlmə deyil. Nəzir "xəbərdarlıq et" mənasını verir. Quranın bəzi yerlərində keçən "ənzir" əmr feili də qorxut deyil, xəbərdarlıq et mənasını verir. Hər iki kəlmə həm də Peyğəmbərin Quranda keçən ləqəblərindəndir. Amma indi məzhəblərin təlimlərinə nəzər salaq:
Bizdən olmayanın yeri cəhənnəmdir!
Bizim davamçılara cəhənnəm odu haram edildi!
Niyə? Allahla əhd-peymanmı bağladınız!?
Belə olan halda "Biz Allahın övladlarıyıq, sayılı günlər istisna olmaqla cəhənnəm odu bizə toxunmaz!" deyən yəhudilərdən sizin fərqinniz nə oldu?
Şiə məzhəbində yer alan saxta hədislərə nəzər salaq:
İmam Hüseyn əzadarlığında göz yaşı axıdanlara da cəhənnəm odu haram olarmış?
Elədirsə, təklikdə saqqalı islanana qədər ağlayıb "İlahi, Sən məni bağışlamasan, kim bağışlar?" deyən Əli, Həsən və Hüseynin dualarını neyləyək?
Peyğəmbərin ölüm ayağında qızı Fatiməyə : "Qızım Fatimə, atan Allah peyğəmbəridir deyə arxayın olma, hər kəs öz əməlinin girovudur" vəsiyyətini nə edək?
Sünnü məzhəbində yer alan hədislərə nəzər salaq:
Filan övliyanın, mürşidin ağzının suyu, təri, ayaqqabbısının tozu da şəfa imiş. BƏLİ... Bunu uyduran da, buna inanan da siz məzhəbçilərsiniz. Mənə inanmırsınız, öz kitablarınızı açın oxuyun!
Amma sizdən olmayanı çox rahat cəhənnəmlik edəcək cəsarətə də sahib olan sizsiniz...