BLOQ

Uşaqlıq xatirələrimdən

Bu vaxta qədər bunu bir mən bilirdim, bir də sağlığında atam

Uşaqlıq xatirələrimdən
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu möhtəşəm bina uşaqlıq xatirələrimin bir hissəsidir.

    Yay tətillərində ora çox gedərdim, balaca əllərimlə simli pultu ilə 84 tonluq teleskopu hərəkət etdirərdim, damını açıb bağlayardım...

    Bu yaxınlarda içinə bir də girdim. Təmir olunsa da, eyni qoxunu hiss etdim. Qayıtdım 8-10 yaşlarıma...

    Rəhmətlik atam burada tam 27 il baş çilingər işlədi. Şəkli görən kimi hamınızın bildiyi bir hekayə yadıma düşdü: bir çilingərin bir çəkic zərbəsi ilə bir gəmini hərəkətə gətirib xeyli pul tələb
    etməsi. Eyni hadisə, bax, burada da baş vermişdi. Amma bu vaxta qədər bunu bir mən bilirdim, bir də sağlığında atam.

    Qeyri iş günü (6-bazar) işə çağırdılar ki, "ikimetrəlik" işləmir. Atam birbaşa mühərrik olan yerə düşüb səsinə qulaq asan kimi dedi ki, sıçovul ilişib. Nə isə, siçovulu çıxartdılar və 84 tonluq və neçə milyonluq teleskop yenə işə düşdü. Amma gəmi çilingərindən fərqli olaraq, atam köhnə sovet vətəndaşı olaraq 1 rubl da tələb etmədi (heç təklif edən də olmadı)...

    Biz bu kişilərin övladlarıyıq... İxtisasımız çilingər olmasa da, bu vaxta qədər din adı ilə kimdənsə 1 manat da almadıq... Heç gözləmirik də....