Tapılan qalıqlar Mikayıl Müşfiqə aiddir?
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi məsələyə aydınlıq gətirib
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov: Mikayıl Müşfiqə aid olduğu deyilən qalıqların üzərində DNT analizləri aparılıb. Qalıqların ona aid olmadığı təsdiqlənib.
Mərhum şairə aid olduğu ehtimal edilən bütün aşkar edilmiş sümük qalıqları DNT analizinə təqdim edilib: “Bu analizlərin heç biri təsdiqini tapmayıb, tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmayıb”.
Bir neçə il əvvəl Qaradağ rayonunun Puta kəndində Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqlar aşkar edilib.
Qeyd edək ki, bu gün Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 116-cı ildönümü tamam olur.