BLOQ

Çin Cənubi Qafqaz üzrə iki avtomobil marşrutunu test edib

Marşrutlar həm Azərbaycan, həm də Ermənistan ərazilərindən keçir

Çin Cənubi Qafqaz üzrə iki avtomobil marşrutunu test edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin Cənubi Qafqaz üzrə iki alternativ avtomobil marşrutun test edib.
    1.Çin-Qazaxstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Urimçidən 15 mayda çıxan avtomobil karvanı Ələt limanına 24 mayda çatıb (9 günə).

    2.Çin-Qazaxstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu.

    “Bu yük avtomobili yükləndiyi Şanxaydan gəlib, daha sonra Qazaxıstanla sərhəd-keçid məntəqəsi olan Xorqos şəhərinə gedib. Xorqosda yük bu Qazaxıstan yük maşınına yüklənib, bütün gömrük prosedurları tamamlanıb, bundan sonra yük maşını magistral yola çıxıb.
    Yük maşını Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran ərazilərindən keçərək İrəvana gəlib. Yüklər bütün bu ölkələrin ərazilərində müvafiq gömrük və keçid məntəqələrindən keçib: Problemlər var idi, lakin onlar həll olundu və 20-22 gün ərzində bu yük Şanxaydan İrəvana ciddi maneələr olmadan çatdı”, - yük daşımalarını həyata keçirən təşkilatın təsisçi direktor Armen Saakyan bildirib.