BLOQ

Erməni blogeri 44 günlük müharibənin sirlərini açır

Ermənistan parlament komissiyasının gəldiyi nəticələr məxfi saxlanılıb və geniş ictimaiyyətə açıqlanmaya bilər

Erməni blogeri 44 günlük müharibənin sirlərini açır
  • Oxuma müddəti:

    12 dəqiqə

  • Xəbər verdiyimiz kimi, Ermənistanda 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyası öz işini başa çatdırıb və rəyi artıq hazırdır. Lakin komissiyanın sədri, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Andranik Koçaryan bəyan edib ki, nəticələr parlamentin qapalı iclasında elan oluna bilər və bəzi məqamlar məxfi olaraq qala bilər.

    Eyni zamanda Koçaryan deyib ki, məğlubiyyətdə kimin günahkar olduğunu ictimaiyyət mütləq biləcək. 

    Hakimiyyətə yaxın bloqer Roman Baqdasaryan vasitəsilə rəyin bəzi məqamları onun Telegram kanalı vasitəsi ilə ictimaiyyətə sızdırılıb. 

    Onun yazısının tərcüməsini diqqətinizə təqdim edirik.

    44 günlük müharibə ilə bağlı komissiyaya cavabdeh olan Andranik Koçaryandır və komissiyanın işinin nəticələrinin açıqlanması artıq dəfələrlə təxirə salınıb. Dünən axşam divanda oturub fikirləşməyə başladım... Andranik Koçaryan niyə heç nə elan etmir? Səbəblər nələrdir?

    Belə çıxır ki, səbəblər çox sadədir: komissiyanın işinin nəticələri o qədər sarsıdıcı, o qədər biabırçı və erməni xalqının psixologiyasına uyğun gəlmir ki, onların nəşri informasiya bombasının partlamasına bərabərdir. Vəziyyət o qədər biabırçı idi ki, Andranik Köçəryan bu yaxınlarda 44 günlük müharibə ilə bağlı hesabatın bir hissəsinin məxfi qalacağını və geniş ictimaiyyətə açıqlanmayacağını bəyan etdi.

     Bəs bu 44 günlük müharibənin bütün əsas təfərrüatlarını nə vaxt biləcəyik?

    44 günlük müharibədə baş verənlər...

    - 2020-ci ilin avqust ayının əvvəlindən Azərbaycanın müharibəyə başlayacağı artıq bəlli idi. Hansı gün və saatda başlayacağı bəlli deyildi.

    - Müharibədən bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Davit Tonoyan ölkədən qaçaraq Ermənistana və erməni xalqına xəyanət etdi. Müharibənin ilk günlərində dünyanın o başında (ABŞ-da - ANS Press) olarkən ailəsi ilə əylənir, çoxlu içki içir, ləzzətli kabab yeyirdi. Koronavirus böhranından xəbərdar olan Tonoyan bütün ordunu müharibə ilə üz-üzə buraxdı. Bir neçə gün sonra o, sərxoş halda Ermənistana qayıdıb.

    Müharibənin bütün 44 günü ərzində Tonoyan cəbhəyə fikir vermədən içib, yeyib, əylənib. Sünik sakinləri deyirlər ki, sərxoş olan Tonoyan Meqrinin kafelərində gəzir, arxa cəbhədəki əsgərlərlə səhnələşdirilmiş fotolar təşkil edirdi.

    -  44 günlük müharibədə Baş Qərargah rəisi Onik Qasparyan cəbhə işləri ilə məşğul olmalı olduğu halda siyasətçilərə çoxlu sayda telefon zəngləri edib və siyasətlə məşğul olub. Məsələn, Serj Sarkisyanla müharibə zamanı söhbətlər kriminal, mənasız və absurd idi. Baş Qərargah rəisi özünü bazar şayiələri yayan, bütün günü dedi-qodu və lənətlənmiş taleyi ilə məşğul olan qadın kimi apardı.

    - Müharibənin ilk iki günündə 500 nəfər itki və yaralı olub.
    - Müharibənin ikinci günü "Artsax"ın bütün zenit sisteminin 86%-i artıq dağıdılmışdı, çünki o xidmət yalnız öz işini saxtalaşdırır və 35 il ərzində pulları talayırdı. Müharibənin bütün 44 günü ərzində səma açıq qaldı.
    - Rusiya və Belarus müharibədə iştirak edərək Azərbaycanı silah və kəşfiyyatla təmin edirdi.
    - "Artsax"ın məmur və nazirlərinin 75%-i əsgərləri səngərlərdə ölməyə qoyaraq Ermənistana qaçdı.
    - "Artsax" MTN əməkdaşlarının 37-40%-i ilk günlərdə qaçıb, 30-35%-i bunkerlərdə gizlənib, canlarını qurtarmağa çalışır, yalnız 20%-i ölüb və özünü ləyaqətlə aparıb.

    - Müharibənin ilk 5 günündə "Artsax" əhalisinin çoxu Ermənistana qaçdı.


    - 44 günlük müharibədə bir dənə də olsun "Artsax" zabiti əsir düşməyib, çünki onlar bilərəkdən Ermənistandan olan əsgərləri qoyub qaçıblar.
    - 44 günlük müharibənin 3950 qurbanından 1600-ə yaxını Ermənistandan olan gənc olub ki, erməni xalqını qızışdırıb və Nikol Paşinyanı devirmək istəyən "Artsax"ın əsgər və zabitlərinin günahından öldürüldü.
    - "Artsax" xəstəxanalarının həkimləri və tibb bacıları Stepanakert qadınlarına müraciət edərək onlardan xahiş ediblər ki, gəlib yaralı əsgərlərin daşınmasına kömək etsinlər. "Artsax" qadınlarının 99,99%-i xəstəxanalara getməkdən və ölməkdə olan əsgərlərə kömək etməkdən qəti şəkildə imtina edib. Yardımın gecikməsi səbəbindən azı 40-50 əsgər həlak olub.


    - İlk günlərdə 500 ölü və yaralımız var idi, "Artsax" camaatından öz maşınlarına minib yaralıları daşımağı xahiş etdilər.
    Qarabağlılar bundan qəti şəkildə imtina etdilər, çünki maşınlarını qana boyamaqdan qorxdular, maşının bombalanacağından qorxdular, kömək etmək əvəzinə Ermənistana qaçmağa üstünlük verdilər.
    İlk günlərdə 40-a yaxın, 44 gündə isə 80-ə yaxın gənc oğlanlarımız ancaq Qarabağ camaatının onları döyüş meydanından çıxarıb xəstəxanaya çatdırmaq istəmədiyinə görə həlak oldu.

    - Məlum oldu ki, "Artsax"ın generalları və rəhbərliyi Ermənistanın 35 il ərzində aldığı silahların bir hissəsini satıb. Məhz bu səbəbdən "Artsax" vətəndaşlarının oğurlayıb satdıqlarının hesabatını verməmək üçün Füzuli və Hadrut hərbi hissələrini qəsdən döyüşsüz tərk etmək əmri verildi. Şuşinin süqutuna 4 gün qalmış "Artsax" generalları oğurluqlarını ört-basdır etmək üçün 4 silah anbarını partladıb, Ermənistan xalqını aldatdılar ki, bunu azərbaycanlılar edib.

    - Müharibə zamanı Seyran Ohanyan və onun dəstəsinin əldə etdiyi saxta, öz-özündən partlayan qumbaraatanlardan 40-a yaxın əsgər həlak olub.

    - Mərmilər çapa uyğun gəlmədiyindən və əsgərlərin əlində partladığından 15-ə yaxın əsgər həlak olub.

    - Dəqiq məlumatlar var ki, müharibə zamanı Karunci (Qarakənd - ANS Press) kənd sovetinin başçısı erməni əsgərlərinin meyitlərinin üstündən keçərək, artilleriya qurğularını gəzib, mərmilərdən qiymətli metalları çıxarıb.

    - Mikael Arzumanyan 44 gün ərzində qəsdən Ermənistandan olan əsgərlərin öldürülməsini, o cümlədən artıq düşmənə təslim olmuş yüksəkliklərə göndərilməsini təşkil edib.

    O, Şuşi ermənilərini bombalayaraq öldürmək əmrini verdi.
    - Robert Köçəryan müharibənin ilk günlərində "Artsax" rəhbərliyi ilə məsləhətləşmələr keçirdi və orada açıq şəkildə rusların tələb etdiyi kimi mümkün qədər çox əsgər öldürməyi və cənub cəbhəsini təslim etməyi əmr etdi.

    Bunu Paşinyanı devirmək və hakimiyyəti "Artsax" klanına qaytarmaq üçün etmək lazım idi.
    - Köçəryanın tapşırığını Mataqis-Talış (Suqovuşan-Talış - ANS Press) bölgəsində Vito Balasanyanın qohumları həyata keçirib (bir neçə gündə 200-dən çox əsgər həlak olub). Artur Ağabekyan və onun zabitləri, Oqanovski və digərləri Hadrut rayonunda heç bir döyüş aparmadan, 30 kəndi tərk ediblər.
    - Əsgərlər və əhali arasında panikanın təşkilinə görə konfederasiya, erməni hərbi forması geyinmiş ruslar, Moskvadan gələn konfederastlar və Artur Ağabekyanın özü cavabdeh idi.
    - 44 günlük müharibədə nə bir general, nə məmur, nə də "Artsax" zəngininin oğlu öldürülüldü..
    - "Artsax"da öldürülənlərin sayı reallığa uyğun gəlmirdi, çünki bəzi adamlar kəndlərdə gizlənirdilər, onların əvəzinə güya ölənlər görə valideynləri pul alırdılar.
    - "Artsax"da bir nəfər də olsun zabit əsir düşməyib, çünki zabitlərə əsgərləri əsir kimi təhvil verib qaçmaq əmri verilib.
    - Martuni (Xocavənd - ANS Press) və Əsgəran rayonlarında "Artsax" zabitləri təxminən 14 dəfə 2-3 erməni əsgərini silahlı mövqelərindən çıxararaq azərbaycanlıların qurduğu tələlərə və ya artıq işğal olunmuş Hadrutu azad etməyə göndəriblər. Yalnız bir neçə nəfəri xilas etmək mümkün olub, onlar hər şeyi danışıblar.

    - Müharibə zamanı Paşinyan yalnız iki nəfərə tam etibar edib: Argişti Kyaramyan və Anna Akopyana.
    - Ermənistan hökuməti əsgərləri təkcə yeməklə deyil, həm də Gorusda bişirilən çörəklə təmin etməyə məcbur olub.

    Çünki "Artsax" qadınları orada qalmaqdan və əsgərlər üçün çörək bişirməkdən qəti şəkildə imtina etdilər.
    - "Artsax" mağazalarının sahibləri əsgərləri və səfərbər olan insanları yeməklə təmin etməkdən imtina ediblər. Bloger A. A. video çəkərək onları biabır edib. Xəsis, ürəksiz alçaqlar.
    - "Artsax"ın general və zabitləri Rusiyadan və diasporadan göndərilən demək olar ki, bütün teplovizorları satmaq üçün oğurlayıblar.

    Vito Balasanyan da belə etdi. Bu, varlanmaq və eyni zamanda əsgərləri qaranlıqda bada vermək üçün edilirdi.
    - Əsgərlərimizin çoxu 2020-ci ildə oktyabrın 6-dan 9-dək Cəbrayıl rayonunda həlak olub.


    - Hadrut zabitləri könüllülərə ağacdan asılan qumbara əvəzinə başqa qumbara verdilər və onlar dərhal partladı. Könüllülərdən biri bundan xəbər tutub və möcüzə nəticəsində hamı xilas oldu.
    - "Artsax" zabitləri bizim mövqelərimizin koordinatlarını bilərəkdən artilleriyaçılara verdilər ki, ermənilər erməniləri öldürsünlər. Özü də bu qəsdən edilib, necə deyərlər, səhvən yox.
    - Artur Vanetsyan və Seyran Ohanyan əsgərlərimizi Şuşidə qoyub və Şuşinin süqutuna 3 gün qalmış iki sektoru zəiflədərək hamını təhlükə qarşısında qoyublar.

    Bunu rusların sifarişi ilə etdilər, çünki ilk növbədə Rusiyaya işləyirdilər.

    Bu, araşdırmanın yalnız bir hissəsidir. Bir şey dəqiqdir: bütün qurbanlarımız hədər yerə getdi. Aydındır ki, "Artsax" sakinlərinin 80 faizi "Artsax"ı və ya Ermənistanı sevmir və özlərində şər və ən pis keyfiyyətlər daşıyan kinli talançılardır. Demək olar ki, bütün cinayətkarlar indi Ermənistanda təzminat alıb həyatdan zövq alırlar. 18 yaşlı əsgərlərimiz isə torpağın altındadır...

    Amma inanırıq ki, bir gün gələcək və "Artsax"ın bütün cinayətkarları Tanrı qarşısında cavab verəcəklər....


    Müəllif: Roman Bağdasaryan