XƏBƏRLƏR / Mədəniyyət

Müğənni Cavanşir Məmmədov dəfn edildi

Müğənninin ölüm səbəbinin ürəktutması olduğu bildirilib

Müğənni Cavanşir Məmmədov dəfn edildi
Cavanşir Məmmədov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:00

    Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

    O, bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər

    ***

    Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb. Mərasim mərhumun yaşadığı evdə baş tutub.

    Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

    O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Cavanşir Məmmədov bu gün vəfat edib.

    ***

    13:47

    Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

    Sənət yoldaşları bu gün qəfil vəfat edən müğənninin ölüm səbəbinin ürəktutması olduğunu bildiriblər.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, bu gün saat 12:03-də Cavanşir Məmmədovla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

    Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

    Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb. 

    2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.

    Allah rəhmət eləsin.