XƏBƏRLƏR / Məhkəmə

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Həbsdə olan tanınmış müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

    Bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.

    Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. 

    Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.