Müharibə olacaq!
Xankəndi ətrafında yerləşən butun Azərbaycan kəndləri işğaldan azad olunmalıdır
Hami lağlağı edir. Belə deyil.
Heç bir politoloqu, heç bir eksperti eşitmək istəmirəm və bəzi mövzularda onların dediklərini də qəbul etmirəm. Amma şəxsiyyətlərinə böyük hörmətim var.
Mən bu hadisələrdə 1990-cı ildən varam. Ermənilərin içərisində kimin kim olduğunu da, hansı xasiyyətlərə malik olduqlarını da bilirəm, hətta sadə Xankəndi ermənilərini yalqız qoyub gecələr hansı qəsəbədə, hansı sanatoriya tipli məkanlarda gizləndiklərini də bilirəm. Buralar o yerlərdir ki, nə Şuşadan, nə də Agdamdan BM-21 (QRAD) çatmır. Bu yerlər Azərbaycan Ordusunda heç kimin ağlına belə gəlmir və gələ də bilməz. Onlar ora yığışırlar. Kocaryan da, Sarkisyan da, bütün rəhbərlər ora yığışırlar. Bütün qərarlar orada qəbul olunurdu və indi də belə edirlər.
Müharibə olacaq! Böyuk muharibə olacaq!
Heç kim Xankəndini boşalda bilməz, ta o vaxta kimi ki, Xankəndi ətrafında yerləşən butun Azərbaycan kəndləri işğaldan azad olunacaq. Bunsuz mumkun deyil. Onda ermənilər çıxmaq ücün yalvaracaqlar. Birinci növbədə Turşsu (Lesaqor) kəndi,sonra Xəlfəli, Qaybalı, Kosalar.
Bilirsiniz, sadə dildə deyəcəyəm. Pişiyi dörd divara nə qədər sıxsan da, görəcək çıxış yolu yoxdur, qayıdıb üzünü cıracaq - məcburdur buna. Onlar getmək istəyirlər. Mən bunu bilirəm. Konpensasiya təklif edin, evlərini alın, yuk maşınları və təhlükəsizliklərinə kömək edin. Orada bir dənə də erməni qalmayacaq, çünki hamısı bilir ki, cinayətkardırlar, çünki hamısı bilir ki, gec-tez tutulacaqlar və həm özləri, həm də ailələri dəhşət yaşayacaq. Qarabağda cinayətkar olmayan erməni yoxdur - fəhləsindən tutmuş, lap yuxarılara kimi. Bunu özləri də bilirlər!!!