XƏBƏRLƏR / Seçki

Müsavat Nəsiman Yaqublunun namizədliyini irəli sürdü

Partiyanın namizədlərinin sayı 30-a çatıb

Müsavat Nəsiman Yaqublunun namizədliyini irəli sürdü
Nəsiman Yaqublu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Müsavat Partiyasında Divanın növbədənkənar iclası keçirilib.

    Müsavat Divanı daha 3 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb.

    Bu üç nəfər aşağıdakılardır:

    İkram İsrafil – 45 saylı Sumqayıt dördüncü seçki dairəsi,

    Zahir Feyzulla – 48 saylı Abşeron birinci seçki dairəsi,

    Nəsiman Yaqublu -125 saylı Zəngilan-Qubadlı seçki dairəsi.

    Qeyd edək ki, İkram İsrafil keçmiş deputatdır, o, III çağırış Milli Məclisin üzvü olub.

    Nəsiman Yaqublu isə tanınmış tarixçi alim, Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin professorudur.

    Xatırladaq ki, Divanın ötən iclasında deputatlığa 27 namizəd irəli sürülmüşdü. Beləliklə, partiyanın namizədlərinin sayı 30-a çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.

    Divan həmçinin daha 18 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 48 nəfərə çatıb.