Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində qəzaya düşdü
Qəzaya düşənlər Avropa İttifaqının Ermənistandakı sərhəd missiyasının üzvləridir
Avropa İttifaqının (Aİ) Ermənistandakı sərhəd missiyasının üzvləri qəzaya uğrayıb.
Bu barədə Ermənistanın "shamshyan" nəşri yazıb.
Bildirilir ki, qəza Sünik (Zəngəzur) vilayətində baş verib. "Nissan" markalı avtomobil naməlum səbəbdən hərəkət zolağından çıxıb və yolun kənarına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, avtomobil Aİ-nin Ermənistandakı müşahidə missiyasına xidmət edir, sürücü və 2 sərnişin Aİ-nin müşahidəçiləridir. Sürücü Avstriya vətəndaşıdır, müşahidəçilər isə polşalıdır.