Müxalifətçi Əli Kərimliyə qarşı cinayət işi qaldırılıb
Bu barədə o, "Facebook" səhifəsində yazıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başladılıb. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq.
Məhkəmədən göndərilmiş bildirişdə xüsusi ittiham Cinayət Məcəlləsinin böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri ilə əlaqədar qaldırıldığı qeyd olunur.
Əli Kərimlini əvvəllər AXCP sıralarından xaric edilmiş Aydın Əliyev adlı şəxs məhkəməyə verib. Bu barədə keçmiş cəbhəçinin özü sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilib. 2019-cu ildə AXCP Ali Məclisi Rəyasət Heyətinin ümumi yığıncağının qərarı ilə Aydın Əliyev partiya sıralarından xaric edilib. A.Əliyevin şikayəti əsasında məhkəmə AXCP-nin ötən il iyunun 24-də keçirilmiş qurultayının nəticələrini etibarsız elan edib.