NASA Aya eniş edəcəyi tarixi açıqlayıb
Amerikalı astronavtlar 1969-cu ildə Aya ayaq basıblar
BŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.
Türkiyə KİV-ləri xəbər verir ki, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.
ABŞ-ın səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.
“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.
Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, SSRİ, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.