XƏBƏRLƏR / Elm və Texnologiya

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

Bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat verib

NASA martda Aya astronavt göndərməyi planlaşdırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Aerokosmik Agentliyi NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər.

    Bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat verib.

    “Qış simulyasiyaları uğurla başa çatdığı üçün biz martın 6-da raketi buraxa bilərik. Lakin bir məsələdə açıq danışacam: bu tarix hər an dəyişilə bilər” – deyə Qleyz vurğulayıb.

    Start Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.

    Qeyd edək ki, ABŞ-ın ilk astronavtları Aya ilk dəfə təxminən 50 il əvvəl ayaq basıblar. Artemis-2 missiyasında isə Yerin təbii peykinə eniş planlşdırılmır.