NASA sabah Aya astronavtlar göndərməyə hazırlaşır
Bu barədə “Reuters” agentliyi xəbər yayıb
NASA 53 ildən çox fasilədən sonra ilk dəfə Aya astronavt heyəti göndərməyə hazırlaşır. Bu, ABŞ-nin Çinin artan rəqabəti ilə üzləşdiyi bir vaxtda bəşəriyyətin daha geniş Ay hədəflərində kritik bir sınaq uçuşudur.
“Reuters” agentliyi xəbər verir ki, bu həftənin çərşənbə günü üç amerikalı və bir kanadalı astronavt NASA-nın “Orion” kapsulu və Kosmik Buraxılış Sistemi raketi ilə Ay ətrafında fırlanaraq geri qayıdacaq 10 günlük sınaq missiyasına başlayacaq.
Bu missiya NASA-nın Aya müntəzəm uçuşlara başlamaq üçün flaqman proqramı olan “Artemida” çərçivəsində ilk ekipajlı sınaq uçuşudur və onun hazırlanmasına 2012-ci ildən bəri azı 93 milyard dollar xərclənib. 1972-ci ildə “Apollon 17”dən bəri insanlar Ayın səthinə enməyiblər. ABŞ keçmiş Sovet İttifaqı ilə rəqabətin səbəb olduğu “Apollon” proqramı vasitəsilə insanları başqa bir səma cisminə göndərən yeganə ölkədir.
NASA astronavtı, “Artemida II” missiyası üzrə mütəxəssis Kristina Koç bazar günü bildirib ki, Ay Günəş sisteminin əmələ gəlməsinin “şahid lövhəsi” və Marsa aparan bir addımdır. Burada keçmiş həyatın sübutlarını tapmaq ehtimalı daha yüksəkdir. O, jurnalistlərə deyib: “Bir çox ölkə Günəş sistemini, Ay və Marsı daha dərindən araşdırmağın əhəmiyyətini qəbul edib. Onlar təkcə son dərəcə maddi faydalar əldə etmək ehtimalı ilə yanaşı, həm də həyatımızın ən vacib, yəni, Kainatda tək olduğumuz sualınla cavab vermək imkanımızın olduğunu qəbul edirlər. Bu suala cavab məhz Aydan başlayır”.
ABŞ növbəti onilliyə qədər uzanacaq və getdikcə inkişaf edən “Artemida” missiyaları seriyası vasitəsilə bir gün ölkələrin və şirkətlərin qayalı Ay ehtiyatlarından istifadə edə və Marsa daha çətin missiyalar üçün təcrübə apara biləcəyi bir vaxtda insanların Yerin təbii peykinin səthində necə fəaliyyət göstərəcəyi və birgə yaşayacağına dair nümunə yaratmağı hədəfləyir.
2 dəqiqə