NASA texniki problemlərə görə aya uçuşu təxirə saldı
Məlumat ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasından verilib
NASA texniki problemlər səbəbindən Artemis II pilotlu Ay missiyasının buraxılışını təxirə salıb.
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının administratoru Cared Ayzekman əvvəllər mart ayına planlaşdırılan Artemis II pilotlu Ay missiyasının buraxılışının təxirə salındığını açıqlayıb.

Bunun səbəbi müəyyən edilmiş texniki problemlərdir.
"Biz qarşıdakı illərdə geri qayıdacaq, Ay bazası quracağıq və Ay səthinə və oradan davamlı missiyalar həyata keçirəcəyik", Ayzekman deyib.
NASA administratorunun sözlərinə görə, növbəti buraxılış imkanı aprel ayında olacaq.
1 dəqiqədən az