XƏBƏRLƏR / Siyasət

NATO-da akkreditə olunmuş 15 səfir Bakıya gələcək

Nümayəndə heyətinin səfəri noyabrın 6-7-də baş tutacaq

NATO-da akkreditə olunmuş 15 səfir Bakıya gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-da akkreditə olunmuş 15 xarici səfirdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Nümayəndə heyətinin səfəri noyabrın 6-7-də baş tutacaq.

    Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici səfirlər Ermənistana səfər etmişdilər. Səfər zamanı onlar Ermənistanın prezidenti, baş naziri və müdafiə naziri ilə görüşüblər. Görüşlər zamanı regional təhlükəsizlik, demokratik sabitlik, Ermənistan və NATO arasında tərəfdaşlıq məsələləri müzakirə olunub.