XƏBƏRLƏR / Hərbi

NATO nümayəndəsi "N" hərbi hissəsini ziyarət edib

General-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir

NATO nümayəndəsi "N" hərbi hissəsini ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib. 

    Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

    Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

    Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.