Naxçıvan-Bakı avtobusu dərəyə aşıb, 16 nəfər xəsarət alıb
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər

20:00
Bu gün qəzaya düşən Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda xəsarət alanların kimliyi məlum olub.
Onlar aşağıdakılardır:
Məhərrəmov Gündüz Şahin oğlu, 1990
Mənsimov Həsən Zaur oğlu, 2013
Əliyeva Arifə Yəhya qızı, 1959
Həsənov Oktay Bayram oğlu, 1983
Məsimova Firuzə Eldar qızı, 1984
Zeynalova Gülşən Səfər qızı, 1972
Zeynalov Şamil Tofiq oğlu, 1977
Həsənov Rasim Bayram oğlu, 1988
Sadiqova Gülnarə Abbasqulu qızı, 1967
Həsənov Qasım Vaqif oğlu
İbrahimov Teymur Elsevər, 1988
Rzayeva Mirvari İsrafil qızı, 1961
Əsgərov Zəminə Əli qızı, 1973
Budaqov Elmir Yusif oğlu, 1987
Sarıyeva Aidə Süleyman qızı.
Qeyd edək ki, avtobusun sürücüsü, İran vətəndaşı Yusif Xadapərəz Əbutalib oğlu da qəza zamanı xəsarət alıb.
***
17:51
Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
İlkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
***
17:13
Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.