XƏBƏRLƏR / Hava

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb

Faktiki hava

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 17-si saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan (Quba) və İsmayıllıda 1 millimetrədək) qısamüddətli az yağış yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan Muxtar Respublikasında isə 41 dərəcəyədək isti qeydə alınıb.