XƏBƏRLƏR / Hava

Rayonlarda güclü yağış yağacaq, çaylardan sel keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Rayonlarda güclü yağış yağacaq, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.