Naxçıvanda iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb
Hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az