XƏBƏRLƏR / Neft və Qaz

Neft Fondu vəsaitini hansı valyutada saxlayır?

ARDNF hesabat yayıb

Neft Fondu vəsaitini hansı valyutada saxlayır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2025-ci il tarixinə investisiya portfelinin 66,1%-ni ABŞ dolları təşkil edib (31.03.2024 tarixinə bu göstərici 69,5% olub – red.), bu da illik müqayisədə 3,4 faiz bəndi azalma deməkdir.

    Neft Fondunun ötən ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci il 31 mart tarixinə avro ARDNF-in investisiya portfelinin 21,4%-ni, funt sterlinq 5,1%-ni, Çin yuanı – 2,5%-ni, Yaponiya yeni – 1,3%-ni, digər valyutalar isə 3,6%-ni təşkil edib.

    Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 62 449,5 mln. dollara çatıb, bu da illik müqayisədə 9,5% artıb.

    Belə ki, Fondun investisiya portfelinda valyutalar aşağıdakı ardıcıllıqda qərarlaşıb:

    - ABŞ dolları: $41 274,7 mln.

    - Avro: €12 218,5 mln.

    - İngilis funt sterlinqi: £2 430,8 mln

    - Çin yuanı: CNY 11 275,7 mln.

    - Yapon yeni: JPY 122 914,6 mln.

    - Digər valyutalar: $2 282,2 mln.

    Məlumata görə, Fondun ABŞ dolları portfelinin 16 134,4 mln. dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib.

    Xatırladaq ki, ARDNF cəmi investisiya portfeli ötən ilin I rübü ilə müqayisədə 9.5% və ya 5 milyard 435.4 milyon ABŞ dolları artıb.