XƏBƏRLƏR / Neft və Qaz

Neftin ucuzlaşması ölkənin gəlirlərinə necə təsir göstərir?

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan neftinin orta qiyməti hesablanıb

Neftin ucuzlaşması ölkənin gəlirlərinə necə təsir göstərir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Məlum olduğu kimi, Azərbaycanın 2025-ci ilin büdcəsində neftin 1 barreli 70 ABŞ dollar səviyəsində nəzərdə tutulub. Iki aydan çoxdur neftin qiyməti bu rəqəmdən aşağıdır. 

    Beləliklə, 2025-ci ilin yanvar-may ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti hesablanıb.

    Bu ilin ilk 5 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 73.7 ABŞ dollarına bərabər olub.

    2025-ci ilin ilk 5 ayı ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 63.25 ABŞ dolları səviyyəsində olub.

    Cari ilin yanvar-may ayları üzrə "Azeri Light" (CIF) markalı neftin orta qiymətləri belə olub:

    Yanvar - 81$

    Fevral - 77,25$

    Mart - 74$

    Aprel - 69,57$

    May - 66,31$

    Xatırladaq ki, cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.