NeoBizans psixologiyası Qalib Xalq psixologiyasına qarşı
Dostunuz və tərəfdaşınız olmağımızı istəyirsinizsə, bizə dost və tərəfdaş kimi baxın

Moskva özünü “Üçüncü Roma” elan etdikdən və onun hökmdarları özlərini çar, imperator, baş katib və ya prezident adlandırdıqdan sonra çox şey dəyişdi, lakin Bizansın ölkəni idarəetmə metodu və xarici siyasət dəyişməz qaldı.
Və buna görə də qayda - Moskvanın düşməni olmaq təhlükəlidir, amma Moskvanın dostu olmaq ölümcül təhlükəlidir, dəyişməz olaraq qalır...
Bizim müasir tariximiz, ümumiyyətlə tarix bu qaydanı dəfələrlə sübut edib.
Halbuki, bu gün biz fərqliyik: Qalib Xalq psixologiyasına sahibik və birlik və siyasi iradə nümayiş etdirməklə “Moskva neo-Bizanslılarına” sübut edə bilərik ki, xalq məsəlimizdə deyildiyi kimi, “... Sayanın quluyam, saymayanın ağası".
Ona görə də bizi “sındırmaq” üçün gözlənilən cəhdlər vaxt itkisidir.
Dostunuz və tərəfdaşınız olmağımızı istəyirsinizsə, bizə dost və tərəfdaş kimi baxın!