BLOQ

BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir

"Bloomberg" R.T.Ərdoğanın eyni adlı məqaləsini dərc edib

BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də hərtərəfli islahatlara çağırıb. Bu islahatlara Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi, daimi üzvlük institutunun ləğvi və Baş Assambleyanın səlahiyyətlərinin gücləndirilməsi daxildir.

    Bloomberg üçün yazdığı "BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir" başlıqlı məqalədə Türkiyə lideri bu addımı BMT islahatının əsas elementi hesab etdiyini vurğulayıb. O hesab edir ki, Təhlükəsizlik Şurasının imtiyazlı üzvlərinin sayının artırılması məhdud dövlətlər qrupunun əlində güc cəmləşməsi problemini həll etməyəcək: "İslahat eyni imtiyazı digər dövlətlərə vermək demək ola bilməz". Türkiyə Prezidenti Baş Assambleyada heç bir dövlətin əksəriyyətin iradəsini daimi olaraq bloklaya bilməməsi prinsipi ətrafında "geniş koalisiya" yaratmağı təklif edib.

    Türkiyə lideri həmçinin BMT Təhlükəsizlik Şurasının formalaşma prinsipinin dəyişdirilməsini müdafiə edib. O hesab edir ki, daimi üzvlər olmamalı və ölkələr Baş Assambleya tərəfindən müəyyən müddətə və rotasiya əsasında seçilməlidir: "Keçmişin iyerarxiyasını qoruyarkən gələcəyin beynəlxalq nizamını qura bilmərik". Dünya tarixində nisbətən qısa bir dövr olan son 25 il ərzində baş verən hadisələr heç bir güc balansının və ya beynəlxalq nizamın əbədi olmadığını göstərdi. Bəşəriyyətə sülh, sabitlik və ortaq rifah vəd edən sistem yeni müharibələrin qarşısını almaqda, bərabərsizliyi azaltmaqda və dəyişən güc balansına cavab verməkdə təsirsiz olduğunu sübut etdi.

    Ərdoğan yazıb: "Dünya beşdən böyükdür" çağırışımız bu mənada məsuliyyətin daha geniş şəkildə anlaşılmasına dəvətdir. İndi islahat ehtiyacını konkret yol xəritəsinə çevirmək çox vacibdir".

    Türkiyə Prezidenti beynəlxalq sistemin islahatının iqtisadi komponentinə də toxunub. Onun sözlərinə görə, "qloballaşmanın təkbaşına rifahın yayılmasını təmin edəcəyi gözləntiləri tamamilə doğrulmayıb, gəlir bərabərsizliyi dərinləşib və texnologiya və iqtisadi asılılıqlar rəqabətin yeni sahələrinə çevrilib".