Nigerdə silahlıllar kəndə hücum edib, 22 nəfər ölüb
Bu barədə xarici mətbuat yazır
Nigerin qərbindəki Tilaberi bölgəsində kəndə hücum edilib. Bu barədə xarici mətbuat məlumat yayıb.
Hadisədə 22 mülki şəxs həlak olub.
20 motosikletlə kəndə hücum edənlər sakinlərə atəş açıb.
Xatırladaq ki, 26 iyul 2023-cü ildə Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq prezident Məhəmməd Bazumun istefasını elan etmişdi. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılmışdı.
Puşistlərin qərarlarından biri də cihadçılarla mübarizə aparmaq üçün məhdud hərbi kontingentin yerləşdirilməsi ilə bağlı Fransa ilə hərbi müqavilələrin denonsasiyası olub.
Elə həmin il sentyabrın əvvəlində Paris ekstremistlərə qarşı mübarizədə istifadə edilən hərbi təyyarələrin bir hissəsini Afrika ölkəsindən çıxarmaq niyyətində olduğunu açıqlamışdı.