Nigeriyada 100-dən çox terrorçu məhv edilib
Milli medianın məlumatına görə, hərbçilər Boko Haram üzvlərinin görüşü zamanı Borno əyalətindəki Mandara dağına hava hücumu həyata keçirib
Nigeriyanın Borno əyalətində terror təşkilatı Boko Harama qarşı keçirilən hava əməliyyatında təşkilatın 100-dən çox üzvü zərərsizləşdirilib.
Milli medianın məlumatına görə, hərbçilər Boko Haram üzvlərinin görüşü zamanı Borno əyalətindəki Mandara dağına hava hücumu həyata keçirib.
Əməliyyatda 100-dən çox terrorçu öldürülüb, çoxlu sayda terrorçu yaralanaraq qaçıb.
Xatırladaq ki, 2002-ci ildən Nigeriya ərazisində mövcud olan Boko Haram terror təşkilatı bu ölkə ilə yanaşı, Çad və Kamerun dövlətlərində də terror aktları törədib. Terror təşkilatının etdiyi kütləvi zorakılıq aktlarında 20 mindən çox insan həyatını itirib. 2010-cu ildə ABŞ bu qrupu terrorçu təşkilat kimi tanıyıb.