XƏBƏRLƏR / Kriminal

Nikola Sarkozi həbsxanaya aparılıb

Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezidentidir

Nikola Sarkozi həbsxanaya aparılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın sabiq prezidenti Nikola Sarkozi evini tərk edib.

    BFM TV xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb.

    Daha sonra Sarkozi onu La Sante həbsxanasına aparacaq avtomobilə əyləşib.

    ***

    02:58

    Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.

    Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.

    Sentyabrın 25-də sabiq dövlət başçısı Liviya kampaniyasının maliyyələşdirilməsi işində “cinayətkar qruplaşmada şəriklik” ittihamı üzrə təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya maddələrində bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayın, amma Sarkozini 5 il həbs cəzasına məhkum edib.