XƏBƏRLƏR / Kriminal

Ramiz Mehdiyev dindirilməyə əsa ilə gəlib

Prezident Administrasiyasının keçmiş rəhbəri DTX İstintaq Baş İdarəsində növbəti dəfə ifadə verib

Ramiz Mehdiyev dindirilməyə əsa ilə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.

     

    Gununsesi.info-nun xəbərinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

    Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşaiyət edib.

    Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

    PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ) maddələri ilə ittiham olunur.

    Qeyd edək ki, Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.