XƏBƏRLƏR / Məhkəmə

Nikola Sarkoziyə 1 il iş verdilər

İstintaq qanunsuz dinlənilən telefon danışıqlarının çoxsaylı qeydlərinə istinad edib

Nikola Sarkoziyə 1 il iş verdilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozini telefon dinləmələri ilə bağlı bir il müddətinə azadlıqdan məhrum edib.

    Bu iş üzrə təqsirləndirilən şəxslər Sarkozidən başqa onun vəkili Tyeri Erzoq və keçmiş hakim Gilbert Aziber olub.

    İttihama görə, Sarkozi vəkili vasitəsilə Aziberə Monakoda vəzifə almasına kömək edəcəyinə söz verib. Bunun üçün o, Sarkozinin seçki kampaniyasının L'Oreal tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan araşdırmanın gedişi barədə məlumat verməli idi.

    İstintaq dinlənilən telefon danışıqlarının çoxsaylı qeydlərinə istinad edib.

    Məhkəmə Sarkozi, Erzoq və Aziber arasında bağlanmış "korrupsiya paktı"nın mövcudluğunu müəyyən edib.

    2021-ci ildə Paris məhkəməsi Sarkozini korrupsiya və nüfuz alverində təqsirli bilib və iki il sınaq müddəti olmaqla üç il həbs cəzasına məhkum edib.

    Erzog və Aziber də günahkar bilinib. İş üzrə bütün təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.