XƏBƏRLƏR / Hava

Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.