O'Brayen İlham Əliyevlə görüşün məqsədini açıqladı
Bu barədə o, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı danışıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Azərbaycana səfəri zamanı Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə "Prezident Əiyevə hansı mesajı aparırsınız?" sualına belə cavab verib:
"Biz Prezident Əliyevlə çox açıq danışırıq: sülhün bərqərar olmasının vaxtı çatıb. Və bu, təkcə COP29-a ev sahibliyi etdikdə dünya lideri kimi hörmət ediləcəyinə ümid edən Azərbaycan üçün deyil, həm də bütün region və Mərkəzi Asiya üçün bir məsələdir.
Bütün bu ölkələr indi yalnız Çin və ya Rusiya vasitəsilə ixrac edirlər. Onların çıxış yolu olması üçün Azərbaycan üzərindən işləməlidirlər. Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük trafik Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Və bu baxımdan, 90-cı illərdən bəri mövcud olan müharibəyə və dəhşətli münaqişəyə son qoymaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır.
Mesajımız ondan ibarətdir ki, sülhün vaxtı çatıb".