Oktyabrın 18-də ABŞ-da Trampa qarşı kütləvi etirazlar olacaq
Təşkilatçılar bütün ölkə üzrə nümayişə ən azı 5-6 milyon insanın çıxacağını gözləyirlər
 
                                Oktyabrın 18-də ABŞ-da Trampın siyasətinə qarşı kütləvi etirazlar keçiriləcək
Oktyabrın 18-də ölkə boyu ABŞ Prezidenti Trampın siyasətinə qarşı nümayişlər keçiriləcək. Bu barədə “No Kings” (Krala yox deyək - ANS Press) aksiyasının təşkilatçıları öz saytında məlumat yayıblar.

"Oktyabrın 18-də milyonlarla insan dünyaya göstərmək üçün bir daha ortaya çıxacaq: Amerikanın kralları yoxdur, hakimiyyət xalqındır... İyun ayında dünya xalqın gücünü gördü və prezident Trampın özünün tacqoyma mərasimi təşkil etmək cəhdi onun hakimiyyətdən sui-istifadə etməsinə qarşı çıxan insanların müqaviməti ilə uğursuzluğa düçar oldu.
İndi o, səylərini ikiqat artırır - ordumuzu icmalarımızın üstünə göndərir, seçiciləri hüquqlarından məhrum edir, adi ailələr dolanmaq üçün mübarizə apararkən o, milyarderlərə hədiyyələr paylayır. Bu, təkcə siyasətlə bağlı deyil, söhbət demokratiyaya qarşı diktaturadan gedir”, - bəyanatda deyilir.
Təşkilatçılar bütün ölkə üzrə nümayişə ən azı 5-6 milyon insanın çıxacağını gözləyirlər.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
             
             
            
             
            
            