XƏBƏRLƏR / Sosial şəbəkə

Ölkədə TikTok, Instagram və X-ə girişdə problem var

Bu barədə beynəlxalq internet monitorinqi təşkilatı olan NetBlocks xəbər verir

Ölkədə TikTok, Instagram və X-ə girişdə problem var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq internet monitorinqi təşkilatı olan NetBlocks, bir neçə Azərbaycan internet xidməti provayderinin şəbəkələrində TikTok, Instagram və X-ə giriş məhdudiyyətlərini qeydə alıb.

    Təşkilatın məlumatına görə, texniki ölçmələr istifadəçilərin sosial mediaya giriş problemləri ilə bağlı məlumatlarını təsdiqləyir.

    Qeyd olunur ki, Azərbaycanda hicab etirazları səbəbindən sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.