XƏBƏRLƏR / Hərbi

Ombudsman Səbinə Əliyeva diversantlarla görüşüb

Harut Hovakimyan və Karen Qazaryan saxlanılma şəraiti və rəftardan razılıq bildiriblər

Ombudsman Səbinə Əliyeva diversantlarla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın ombudsmanı Səbinə Əliyeva mayın 26-da şərti Zəngilan rayonunda sərhəd yaxınlığında saxlanılan iki erməni hərbçi Harut Hovakimyan və Karen Qazaryana baş çəkib.

    Ombudsman Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslər konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin saxlanma şəraitindən və rəftardan şikayətləri olmamış, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.