Qayıdış

Qarabağa onlayn avtobus bileti alan avtomatik icazə də alır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir

Qarabağa onlayn avtobus bileti alan avtomatik icazə də alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

    Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

    “Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

    Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.